"Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında problem yoxdur". Fins.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib.  
V.Hüseynov əlavə edib ki, ötən həftə Bərdə və Tərtərdə olduq: "Həmin regionalarda faraş soğan yığımı prosesi ilə tanış olduq. Ordan da təkcə ənənəvi bazarlara deyil, yeni bazarlara da ixrac edilir. Polşa, Qazaxıstana, ərəb ölkələrinə soğanın ixracı başlayıb. Hal-hazırda çiyələk yığımı həyata keçirilir. İstixana şəraitində olan çiyələyin Qazaxıstana, Rusiyaya ixrac edilir. Son iki həftənin prosesi göstərir ki, kənd təsərrüfatı məhsullarının ixracında heç bir problem yaşanmayıb". Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1,4 mlrd manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8% çoxdur. Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri 3,5% artaraq 99,4 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,2% faiz artaraq 1,32 mlrd manat təşkil edib.