Mal-qaranın kəsimi zamanı zəruri qaydalar? ✅ Heyvanın saxlanıldığı təsərrüfat baytarlıq-sanitariya tələblərinə uyğun olmalı ? Kəsimə aparılan heyvan düzgün daşınmalı ? Baytar mütəxəssis tərəfindən müayinə olunmuş yalnız sağlam heyvanlar kəsilməli ❗ Kəsimxanada baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunmalı ? Kəsimdə istifadə ediləcək ləvazimatlar təmiz olmalı, qəssab sanitar geyim geyinməli ⏩ Kəsilmiş heyvan emalı zamanı ardıcıllıq gözlənilməli ? Əldə olunmuş ətin və heyvanın daxili orqanlarının baytarlıq-sanitar ekspertizası aparılmalı ?️ Saxlanma müddətini artırmaq üçün cəmdək və içalat soyuducuda düzgün dondurulmalı ? Ət və heyvanın daxili orqanları satış müəssisələrinə gigiyenik daşınmalı ? Mal-qara baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə uyğun kəsilməlidir. ? Ətin keyfiyyəti heyvanın növündən, yaşından, cinsindən, köklük dərəcəsindən asılıdır.