İsmayıllı rayonunda kartof yığımına başlanılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Foodinfo.az-a bildirilib ki, kartof yığımı ilkin olaraq cənub ərazilərdə, o cümlədən Gəraybəyli, Qubaxəlilli, Kəlbənd və Kürdmaşı yaşayış məntəqələrinin ərazilərində aparılır.
Qeyd edək ki, kartofçuluq bölgədə ənənəvi təsərrüfat sahəsidir. Yerli bazarlarda ilboyu böyük tələbat olan və ailə büdcəsinə yaxşı gəlir gətirən bu məhsulun əkininə böyük maraq var. Cari mövsümdə əkin sahələri 920 hektara çatdırılıb. Ötən il 1350 ton kartof istehsal olunan bölgədə bu il 15000 ton məhsul tədarükü gözlənilir.
Son xəbərlər
- Qış aylarında dəriyə necə qulluq etməli?
- Qeyri-çölyak qlüten həssaslığı nədir?
- Oruc tutduqdan sonra qarında şişkinlik nədən yaranır?
- Sinə nahiyəsində xırıltılı tənəffüs və öskürək nəyin əlaməti ola bilər?
- Çia toxumlarının istehlakı sağlamlığa bir çox fayda verir
- Qəhvə ilə bağlı əsas mif təkzib edildi – ürəyə zərərli deyil






