Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 14,2 mln. manat dəyərində 21 291,9 ton düyü idxal edib. Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% azalıb. Qeyd edək ki, bu ilin hesabat dövründə düyünün ümumi idxalda payı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz bəndi qalxaraq 0,4% səviyyəsinə yüksəlib. Düyü ölkəyə 1 kiloqramı 0,66 manat orta qiyməti ilə idxal olunub.