Koronavirusa qarşı mübarizə tədbirləri sırasında sosial məsafənin qorunması və tibbi maskalardan istifadə ən effektiv üsullardan biridir.
Xəstəliyin sürətlə yayılmasına şərait yaradan əsas şərtlərdən biri də həmin tələblərin pozulmasıdır.
Bu səbəbdən insanların kütləvi toplaşdıqları idarə və müəssisələrdə, ictimai-iaşə obyektlərində, mağazalarda, ictimai nəqliyyatda tələblərə riayət edilməsi olduqca zəruridir. Təsadüfi deyil ki, bir sıra ictimai-iaşə obyeklərində, müəssisələrdə içəri daxil olanların hərarəti ölçülür, tibbi maskanın olub-olmadığı yoxlanılır.
Bəs bir sıra mağazalarda, alış-veriş məkanlarında bu qaydalara necə riayət olunur?
Marketlərdə alıcıların karantin qaydalarına riayət edib-etməmələrini araşdırdıqda təəssüf ki, bəzi vətəndaşların buna məsuliyyətsiz yanaşdığını, ictimai yerlərə, insanların sıx toplaşdıqları ərazilərə tibbi maska ilə daxil olsalar da, sonradan ya maskanı çıxarmalarının, ya da çənəyə taxmalarının şahidi olduq. (Report.az)
Son xəbərlər
- AQTA-nın monitorinqləri zamanı 40 müəssisədə nöqsanlar aşkarlanıb
- Bitki pəhrizi: müsbət və mənfi cəhətləri
- Kürdəmirdə fəaliyyət göstərən marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
- Bu səhv dişlərin saralmasına səbəb olur
- gubre.az şəbəkəsinin “Caspian Agro” sərgisində təqdim etdiyi yeni layihə fermerlərin xüsusi marağına səbəb olub
- İqlim dəyişikliyi beyin sağlamlığını pisləşdirə bilər