Ağsu rayonunda sarımsaq yığımı aparılır.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, yerli bazarlarda heç də az tələbat olmayan sarımsaq əsasən rayonun 4 yaşayış məntəqəsini - Ərəbuşağı, Ağalarbəyli, Maşadqanlı və Arat Curuğlu kəndlərini əhatə edən Ərəbuşağı kənd inzibati ərazi dairəsində əkilir. Bölgədə torpaq mülkiyyətçiləri üçün artıq ənənəvi təsərrüfat sahəsi hesab edilən sarımsağa maraq ildən-ilə artır. Cari təsərrüfat ilində ərazidə 40 hektarda sarımsaq yetişdirilib və hazırda məhsul yığımı davam etdirilir. Ərəbuşağıdan Əfqan Fərəcov, Araz Fərəcov, Ağalarbəylidən Təbiət Abdullayev, Maşadqanlıdan Araz Əliyev və digər ailə fermer təsərrüfatları cari mövsümdə sahələrdən bol məhsul götürürlər.
Qeyd edək ki, sarımsaq sahəsinin hər hektarından orta hesabla 7 ton məhsul götürülür. Mütəxəssislər ərazi icra nümayəndəliyi üzrə azı 280 ton sarımsaq tədarük ediləcəyini proqnozlaşdırırlar. Artıq əksər ailə fermer təsərrüfatları üçün məhsulun alınması ilə bağlı sifarişlər də verilib.
Son xəbərlər
- Diyetoloq şişkinliyin altı gizli səbəbini açıqlayıb
- Aşağı kalorili pəhrizin zərərli olmasının 7 səbəbi
- Həkim göbələklərin niyə təhlükəli ola biləcəyini izah etdi
- Ürəyi qoruyur və beyin fəaliyyətini yaxşılaşdırır
- 30 saniyədə miqrendən necə qurtulmaq olar
- Səfərə çıxmazdan əvəvl bunları mütləq edin