“Bravo” supermarketlər şəbəkəsi marketinq vəzifəsinə işçi axtarır.

Foodinfo.az xəbər verir ki, baş ofisdə çalışacaq işçinin vəzifə öhdəlikləri bunlardır:

• Vebsayt üçün xəbərlər, bloq yazılarının yazılması və SEO qaydalarının mətnlərdə nəzərə alınması

• Sosial şəbəkələr üçün postların mətninin yazılması və məzmunun tərtib edilməsi

• Sosial şəbəkələr üçün kontent planın hazırlanması 

• Sosial şəbəkələr üçün hazırlanacaq videolarda senarinin yazılması

• TikTok senarilərinə nəzər yetirilməsi, ehtiyac olarsa yeni ideyaların verilməsi

• Endirim kampaniyaları və layihələr üçün sloqan təkliflərinin verilməsi, kreativ yanaşmaların edilməsi

• Mövcud trendlərin izlənməsi və onlardan uyğun olanlarının öz işlərimizdə tətbiq edilməsi 

• Press-relizlərin yazılması, dilimizin orfoqrafik və qrammatik qaydalarına əməl edilməsi.

Vəzifə üzrə tələblər:

• Kopirayter vəzifəsi üzrə müvafiq iş təcrübəsi

• Kontent strategiyasının yaradılması ilə bağlı biliklərə sahib olmaq

• Mükəmməl yazı, redakte və korrektə qabiliyyətlərinin olması

• SEO yönümlü məqalələr yazmaq təcrübəsinin olması

• Araşdırma, yaradıcılıq, təşkilatçılıq, komanda ilə işləmə bacarıqlarının olması

• Azərbaycan dilində mükəmməl danışma və yazma qabiliyyətinin olması (İngilis dili biliyi əlavə üstünlükdür).

Maraqlanan namizədlər [email protected] e-mail ünvanına “Kopirayter” başlığı ilə müraciət edə bilər. 

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.