Yabanı giləmeyvələr sadəcə dadlı deyil, həm də beyin yaşlanmasını yavaşlatmaqda mühüm rol oynayır. Foodinfo.az xəbər verir ki, Finlandiyanın Helsinki Universitetinin alimləri 10 il davam edən araşdırmada giləmeyvələrin sinir sisteminə təsirini təhlil ediblər.

Neyrobioloq Dr. Sofia Niemi “YLE News”a açıqlamasında bildirib ki, yabanı giləmeyvələrdəki antosianinlər beynin oksidləşdirici streslə mübarizəsini gücləndirir və neyronların məhvinin qarşısını alır. “Bu təsir sayəsində neyrodejenerativ xəstəliklərin, o cümlədən Alzheimer riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür,” – deyə o qeyd edib.

Tədqiqatda yabanı giləmeyvə yeyən şəxslərin bilişsel qabiliyyətlərinin 7 il ərzində sabit qaldığı, giləmeyvə yeməyən qrupda isə 15%-ə qədər azaldığı müşahidə olunub.
Niemi əlavə edib ki, giləmeyvələr qan-beyin baryerini keçərək neyronları birbaşa qidalandırır və beyin plastikasını artırır.

Mütəxəssislər tövsiyə edir ki, həftədə ən azı 3 dəfə giləmeyvə qəbul etmək yaddaş, diqqət və öyrənmə qabiliyyətlərini qorumağa kömək edə bilər.