Psixi sağlamlıqla qidalanma arasındakı əlaqə son dövrlərdə geniş şəkildə araşdırılır. Yeni tədqiqatlar göstərir ki, bəzi qida əlavələri emosional vəziyyətə birbaşa təsir edə bilər.

Foodinfo.az Medical News Today saytına istinadla xəbər verir ki, britaniyalı psixiatr Dr. Helen Morris bildirir ki, balıq yağında olan omeqa-3 yağ turşuları beyində neyrotransmitterlərin fəaliyyətini tənzimləyir. Bu isə depressiya əlamətlərinin azalmasına kömək edir.

Tədqiqatlara əsasən, omeqa-3 qəbul edən insanlarda stress səviyyəsi daha aşağı olur və əhval stabilliyi artır. Bundan əlavə, bu maddə beyin hüceyrələrinin qorunmasında da mühüm rol oynayır.

Mütəxəssislər balıq yağı qəbulunu həkim məsləhəti ilə həyata keçirməyi tövsiyə edir. Təbii mənbə kimi isə qızılbalıq, skumbriya kimi balıqlar önə çıxır.