Yağda və suda həll olunanlar da daxil olmaqla 13 növ vitamin var. Hər bir vitaminin orqanizmdə fərqli funksiyası var və bədən funksiyaları üçün lazım olan hər vitaminin miqdarı fərqlidir. 

Foodinfo.az-ın məlumatına görə, vitaminlərin böyük əksəriyyəti insan orqanizmi tərəfindən istehsal oluna bilməz və ya sintez edilən miqdar ehtiyacı ödəyə biləcək səviyyəyə çata bilməz. Eynilə, bəzi vitaminlər bədəndə saxlanıla bilər, bəziləri isə mümkün deyil. Buna görə də, ümumi sağlamlığı qorumaq və normal bədən funksiyalarını yerinə yetirmək üçün hər gün xarici mənbələrdən və ya vitamin əlavələri vasitəsilə qəbul edilməlidir. Vitamin çatışmazlığı orqanizmin ehtiyac duyduğu vitaminlərin miqdarı qarşılanmadıqda baş verir. 

Vitaminlər təzə tərəvəz və meyvələr, taxıllar, paxlalılar, ət, toyuq, balıq, süd və süd məhsulları da daxil olmaqla bir çox qidada olur. Bundan əlavə, bəzi qidalarda birdən çox vitamin ola bilər. 

Qidalanma çatışmazlığı səbəbindən bəzi vitaminlər əskik ola bilər. Məsələn, vegan və vegetarian pəhrizlərdə ət məhsulları istehlak edilmir və bu, heyvan mənşəli qidalarda olan B12 vitaminlərinin və biotinin qeyri-kafi qəbuluna səbəb olur.

Eynilə, dəniz məhsulları, yumurta, süd və süd məhsullarında olan D vitamini çatışmazlığı vegan diyetlərində ümumi bir vəziyyətdir. Eyni zamanda, D vitamini dəridən günəş işığı ilə sintez edilə bilər. Soyuq iqlimi olan bölgələrdə günəş işığının olmaması və dini inanclara görə bədən hissələrinin örtülməsi orqanizmin kifayət qədər D vitamini sintez etməsinə mane ola bilər ki, bu da çatışmamazlığa səbəb olur.

Bəzi insanların sahib olduğu bir sıra xəstəliklər vitaminlərin bədən tərəfindən düzgün şəkildə mənimsənilməsini və istifadəsini çətinləşdirə bilər. Bu, vitamin çatışmazlığı əlamətlərinə səbəb ola bilər. 

Vitamin çatışmazlığına səbəb olan xəstəliklərə aşağıdakılar daxildir: 

Alkoqolizm səbəbiylə inkişaf edən qaraciyər xəstəlikləri

Xroniki ishal

Böyrək xəstəlikləri

Əsəbi bağırsaq sindromu

İltihabi bağırsaq xəstəliyi

Malabsorbsiya sindromu

Zərərli anemiya

Kron xəstəliyi

Vitaminlər bədənin əsas funksiyalarını yerinə yetirməkdə mühüm rol oynayan komponentlərdir. Bədənin maye-elektrolit balansının saxlanmasından tutmuş enerji səviyyələrinin tənzimlənməsinə, həzm funksiyalarının normal işləməsindən ferment funksiyalarına qədər bir çox bədən proseslərində vitaminlərlə qarşılaşmaq mümkündür. Hər bir vitaminin bədən sistemlərinə təsiri fərqlidir və vitamin çatışmazlığının simptomu da müvafiq olaraq dəyişə bilər. 

Ümumiyyətlə, vitamin çatışmazlığının əlamətləri və simptomları aşağıdakıları əhatə edə bilər:

Qırılmağa meylli dırnaqlar və cansız saçlar, saç tökülməsi

Ağ künclərində yaralar və ya çatlar, diş əti qanaması

Gecə görmə qabiliyyətinin azalması və gözlərdə ağ ləkələr

Dəri soyulması və səpgiləri

Dəridə qırmızı və ya ağ ləkələr, narahat ayaq sindromu

Depressiya riskinin artması

Asan qanaxma

Yaraların sağalmasında gecikmə

İnfeksiyaya yoluxma riskinin artması

Sümük pozğunluqları

Xroniki yorğunluq