Şaftalı şirin və dadlı meyvə olması ilə yanaşı, vitamin, minerallar, orqanik turşular, efir yağları, qidalı liflər və s. faydalı maddələrlə zəngindir. Həmçinin bu meyvənin insan sağlamlığına bir çox faydaları var.

Foodinfo.az metbuat.az-a istinadən şaftalının faydalarını təqdim edir:

- Mədə xəstəliklərinə yaxşı gəlir və mədəni sakitləşdirir

- Hüceyrələri yeniləyir və dərini parlaq edir

- Şaftalı tərkibində bioflavonoid komponenti var. Bu komponent xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır. Xərçəng varsa, hüceyrələri qoruyur və xərçəngin yayılmasının qarşısını alır.

- Şaftalı böyrəklərin daha yaxşı işləməsinə kömək edir

- Qəbizlik probleminin aradan qaldırılmasında təsirlidir

- Şaftalı sağlam şəkildə arıqlamaqda təsirlidir.