Təbii və faydalı içki kimi tanınan zərdabın istifadəsi bəzi insanlar üçün sağlamlıq riski yarada bilər. Hər nə qədər zəngin tərkibə malik olsa da, zərdab müəyyən hallarda ehtiyatla istifadə edilməlidir.
Foodinfo.az xəbər verir ki, süd məhsullarına allergiyası olan şəxslərdə zərdab qaşınma, səpkilər və mədə-bağırsaq narahatlığı yarada bilər. Eyni zamanda, laktoza dözümsüzlüyü olan insanlarda şişkinlik, qarın ağrısı və ishal kimi əlamətlər müşahidə oluna bilər.
Mədə problemləri olan şəxslərə diqqətli olmaq tövsiyə edilir. Qastrit, reflü və mədə yanmasından əziyyət çəkənlərdə zərdabın turş tərkibi şikayətləri artıra bilər.
Bundan əlavə, böyrək xəstəliyi olan şəxslərin zərdabı həkim məsləhəti olmadan qəbul etməsi məqsədəuyğun sayılmır.
1 yaşdan aşağı uşaqlar, eləcə də hamilə və süd verən analar üçün ev şəraitində hazırlanan zərdabın riskli ola biləcəyi bildirilir.
Gigiyenik qaydalara əməl edilmədikdə bu məhsul infeksiya mənbəyinə çevrilə bilər.
Qoxusu dəyişmiş, həddindən artıq turşumuş zərdab qətiyyən istifadə edilməməlidir. Sağlamlıq üçün təbii məhsulların belə fərdi xüsusiyyətlər nəzərə alınaraq və ölçülü şəkildə qəbul edilməsini tövsiyə edilir.






