Azerbaijan SuperMarket
Bəyannamələr üzrə koordinator
Son tarix 14 fev 2022 - 
[email protected]
Departament: Gömrük və Logistika Departamenti
Müqavilə müddəti: 6 ay
Vəzifə öhdəlikləri:   
 	- Elektron poçtla gömrük bəyannamələrinin vaxtında doldurulması və elektron imza ilə təsdiqlənməsi.
 
 	- Xüsusi gömrük rüsumlarının, vergilərin hesablanması, idxal giriş bəyannaməsinin hazırlanması, yük gömrük bəyannaməsinin doldurulması üçün zəruri olan sənədlərin Logistika komandasından, maliyyə sənədlərinin Maliyyə komandasından alınması.
 
 	- Yüklərin HS koduna görə qruplaşdırılması, digər dövlət idarələrindən idxal üçün tələblərin yoxlanılması.
 
 	- Bəyannamələrdəki xərclərin (əməliyyat haqqı, idxal, ƏDV, aksiz, elektron xidmət haqqları, və sair) diqqətlə yoxlanılması və dəqiq sistemə əlavə edilməsi.
 
 	- Rəhbərlik tərəfindən təyin olunmuş digər vəzifələr.
 
Namizədə dail tələblər:
 	- Ali təhsil (Maliyyə, Gömrük, Biznesin idarə olunması və ya Mühasibat sahəsində olması üstünlükdür).
 
 	- Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi.
 
 	- Riyazi analitik qabiliyyətə malik olmaq.
 
 	- MS Office proqramlarında (xüsusi ilə MS Excell) sərbəst işləmək bacarığı.
 
 	- Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olmaq.
 
 	- Məsuliyyət götürmək, təşəbbüskarlıq, ixtisasını daimi təkmilləşdirmək.
 
 	- Müştərilərlə ünsiyyət qurma və münasibətlərin idarə edilməsi bacarığı.
 
 	- Xarici dil bilikləri (Rus, İngilis).
 
 	- Vergi və Gömrük üzrə biliklər üstünlük hesab olunur.
 
Maraqlanan namizədlər e-mail ünvanına “
Bəyannamələr üzrə koordinator” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.