Arıqlamaq istəyənlərə gündə 25 qramdan çox tünd şokolad yemək tövsiyə olunub. 

Foodinfo.az xəbər verir ki, əsas odur ki, düzgün məhsul seçmək və onu məqbul miqdarda istehlak etməkdir. Tərkibində çoxlu təbii kakao və az şəkər olan tünd şokoladına üstünlük verilməlidir. Bu məhsul pəhriz saxlayarkən yaranan stressin səviyyəsini azaltmağa kömək edir: endorfin və serotoninin ifrazını stimullaşdırır və kortizolun təsirini neytrallaşdırır, bununla da həddindən artıq yeməyin qarşısını alır.

Şokoladın tərkib hissəsi olan kakao yağı monodoymamış yağ turşuları ilə zəngindir.

Onlar maddələr mübadiləsini və yağların yandırılmasını sürətləndirirlər. Və hətta kiçik bir parça tünd şokolad da aclığınızı effektiv şəkildə təmin edə bilər. Bu məhsulun tərkibindəki lif uzun müddət davam edən toxluq hissi yaradır.

Leyla