
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarına “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzusunda onlayn təlim keçirilib.
Foodinfo.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan təlimdə iştirakçılara səriştə anlayışı və onun əsas elementləri, müxtəlif qiymətləndirmə alətləri, liderlik üslubları və uğurlu rəhbərliyin meyarları barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
