Qışda kalorilərin sayı yaydan əhəmiyyətli dərəcədə fərqlənməlidir. Soyuq havalarda immuniteti qorumaq üçün yüksək kalorili qidalara ehtiyac var. Yayda isə demək olar ki, heç bir epidemiya və virus yoxdur, ona görə də daha yüngül yemək yeyə bilərsiniz. Foodinfo.az xəbər verir ki, pəhrizdən yağlı ət məhsullarını, piyi, kərə yağı, şirniyyat və bişmiş məmulatları tədricən çıxarmaq lazımdır.

Bütün bunları yüngül tərəvəz salatları və bol təzə otlar ilə əvəz edə bilərsiniz. Yağ yandırmaq üçün əla vasitə yazda yetişən yabanı sarımsaqdır.

Həmçinin şirin qazlı içkiləri xaric etməklə gündə iki litrə qədər su içməyi məsləhət görülür.

Kofein tərkibli içkiləri və qidaları da xaric etmək lazımdır. Çünki onlar nəinki susuzlaşdırır, həm də yorğunluğa səbəb olur.  

Leyla