Pomidor süfrələrin vazkeçilməz qidalarından biridir. Adətən qabığı soyularaq istehlak edilən pomidorlar bir çox fərqli şəkildə qiymətləndirilir. Bəs siz pomidor qabığının da bir çox istifadəsi olduğunu bilirdinizmi? 

 Foodinfo.az xəbər verir ki, pomidor bədənimiz üçün bir sıra faydalar təklif edən qida mənbəyidir. Bu tərəvəz antioksidant likopenlə zəngindir. Buna görə də, pomidor kimi yüksək likopen olan qidalar ağciyər, mədə və ya prostat xərçəngi inkişaf şansınızı azalda bilər. Pomidor həm də ürəyi qoruyur, göz sağlamlığını dəstəkləyir, ağız sağlamlığına faydalıdır və dəri üçün möcüzələr yaradır.

Faydaları saysız-hesabsız olan pomidorları bir çox cəhətdən istehlak edirik. Yeməklərdə, salatlarda və şorbalarda istifadə edilə bilər. Pomidorları soyduqdan sonra zibil qutusuna atmaqla səhv edirik. 

İlk öncə soyduğunuz pomidorların qabığını günəşdə qurudun. Günəşdə qurutmaq əvəzinə sobada da quruda bilərsiniz. Qurudulmuş pomidorların soyumasını gözləyin. Sonra qurudulmuş qabıqları blenderlə toz halına gətirin. Bir bankaya töküb sərin yerdə saxlayın. İçinə duz və şəkər də əlavə etmək olar. Əldə etdiyiniz pomidor tozundan ət, şorba, makaron və hətta pizza hazırlayarkən dad vermək üçün istifadə edə bilərsiniz.