İmmuniteti dəstəkləyən və sağlamlığa bir çox faydası olan soğan və sarımsaq yeməklərdə tez-tez istifadə edilir. Yeməklərə dad verən bu qidaların qabıqlarını istifadə etdikdən sonra zibilə atmayın. Soğan və sarımsaq qabıqlarından müxtəlif üsullarla faydalana bilərsiniz.

 Foodinfo.az xəbər verir ki, sarımsaq və soğan qabıqlarından istifadə edərək şorbalarınıza dadlı və sağlam ədviyyat hazırlaya bilərsiniz. Şorba hazırlayarkən bütün soğan və sarımsaq qabıqlarını qazana atın. Qaynadıqdan sonra qabıqları çıxarın. 

Soğan və sarımsaq qabığı ilə ədviyyat qarışığı hazırlayıb istədiyiniz yerdə istifadə edə bilərsiniz. Bunun üçün soğan və sarımsaq qabıqlarını qurudun. Sonra bıçaqla incə-incə doğrayın və ya ədviyyat dəyirmanı ilə toz halına salın. Hazırladığınız ədviyyat qarışığı yeməklərə və qəlyanaltılara dad qatacaq

Qaşıntı üçün tonik kimi istifadə edə bilərsiniz. Bədəninizdə müxtəlif qaşınmalara qarşı soğan və sarımsağın iltihab əleyhinə xüsusiyyətlərindən faydalana bilərsiniz. Bunun üçün soğan və sarımsaq qabıqlarını təxminən 1 saat qaynar suda dəmləyin. Su soyuduqdan sonra pambıqla bədəninizin qaşınan nahiyələrinə çəkin.

Soğan və sarımsağın qabıqları bitkilərə də fayda verir. Qabıqları su ilə qaynadın və soyuduqda bir sprey şüşəsinə tökün. Bu suyu həftədə bir dəfə bitkilərinizin yarpaqlarına püskürdün. Bitkilərin yarpaqlarını zədələmədən bir parça ilə silin. Bitki yarpaqlarının daha canlı olduğunun şahidi olacaqsınız.

Soğan qabıqlarını qaynadıb detoks effekti yaradan çay hazırlaya bilərsiniz. Tərkibindəki E, C vitaminləri və triptofan turşusu orqanizminiz üçün çox faydalıdır.