Yaz mövsümü təzə və faydalı məhsullarla zəngin olduğu üçün mətbəxdə yeni dadlar yaratmaq üçün ideal fürsət yaradır. Xüsusilə çəmən sarımsağı ilə hazırlanan salatlar həm dadlı, həm də orqanizm üçün xeyirlidir.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, çəmən sarımsağı (yabanı sarımsaq) ilə hazırlanan sadə salat resepti təqdim olunub. Bu bitki incə sarımsaq ətri ilə seçilir və həm kulinariyada, həm də xalq təbabətində geniş istifadə olunur.
Bu salat həm ayrıca yemək kimi, həm də ət və ya balıq yeməklərinin yanında qarnir kimi təqdim edilə bilər.
Lazım olan inqrediyentlər:
- 3 ədəd yumurta
- 100 qram feta pendiri
- 100 qram çəmən sarımsağı
- 2 xörək qaşığı xama
- 2 xörək qaşığı mayonez
- duz
Hazırlanma qaydası:
Yumurtaları 10 dəqiqə qaynadın, soyudub qabığını təmizləyin və sarısı ilə ağını ayırın. Sarıları feta pendiri ilə birlikdə çəngəl vasitəsilə əzin. Yumurtanın ağını xırda doğrayaraq əlavə edin.
Çəmən sarımsağını yaxşıca yuyun, saplaqlarını kəsin və doğrayıb digər ərzaqların üzərinə əlavə edin. Sonda xama, mayonez və duz əlavə edib yaxşıca qarışdırın.
Beləliklə, həm sadə, həm də ləzzətli yaz salatınız hazırdır.






