Yanlış qidalanma və balanssız qidalanma bir çox sağlamlıq problemlərinə səbəb olur. Mütəxəssislər sağlam qidalanmanın xəstəliklərdən qorunmaq üçün atılan ən vacib addımlardan biri olduğunu bildirir və mümkün qədər zərərli qidalardan uzaq durmamız lazım olduğunu vurğulayırlar.

Sevərək istehlak edilən bir çox qidalar əslində bədənə xeyirdən çox zərər verə bilər. Şəkər, qaymaqlı məhsullar, həddindən artıq duzlu qidalar həm kilo almağa, həm də bir çox xəstəliklərin inkişafına səbəb ola bilər.

 Foodinfo.az sağlamlığa zərərli 10 qidanı təqdim edir:

1- Hər növ şəkər

2- Şəkər və ya dadlandırıcı əlavə edilmiş istənilən içki

3- Ağ unla hazırlanan hər hansı qida

4- Yağda qızardılmış hər cür yeməklər

5- Hər növ işlənmiş və hisə verilmiş ət məhsulları

6- Un, şəkər və marqarin qarışığı olan qəlyanaltılar

7- Qaymaq əlavə edilmiş düyü plovu

8- Həddindən artıq çox duzlu hər cür yeməklər

9- Odda/kömürdə hazırlanan ızgara yeməklər

10- Hazır souslar və salatlar