Limonları dondurub saxlamağı sınamısınız? 

Foodinfo.az oxuculara bunun üstünlüklərindən danışacaq.

Dondurulmuş limonlar tərkibindəki bütün vitamin və mineralları saxlayır, həmçinin ənənəvi saxlama üsullarına nisbətən daha uzun müddət təzə qalır. 

Daha hansı faydaları ola bilər?

1. Dondurulduqda limonun saxlama müddətini xeyli uzandığı üçün ilin istənilən vaxtında bu faydalı sitrus meyvəsindən yeyə bilərsiniz.

2. Dondurma prosesində limonun tərkibindəki vitamin və mineralların konsentrasiyası artıq və bu meyvəni orqanizm üçün daha da dəyərli edir.

3. Dondurulmuş limon dilimləri əlinizin altında olduqda olması onları daha tez çaya, şirələrə, şirniyyatlara və ya yeməyə əlavə edə bilərsiniz.

4. Limon ətri qatmaq üçün dondurulmuş limonun qabığını şirniyyatı bişirməzdən əvvəl sürtkəcdən keçirib xəmirə qatmaq olar.

5. Dondurulmuş limonları yalnız qidada deyil, həm də evdə hazırlanan kosmetika üçün də istifadə etmək olar (üz maskaları, skrablar, vannalar).

6. Limonları dondurmaq pula qənaət etmək üçün əla yoldur. Sitrus meyvələrini topdan alaraq onları buzluqda uzun müddət saxlaya bilərsiniz.

Limonları dondurmaq üçün onları dilimləyin, kəsmə taxtasına düzüb buzluğa qoyun.

Nurlan