Badımcan qanda şəkərinin səviyyəsini normallaşdırmağa kömək edəcək. Foodinfo.az bildirir ki, bu barədə Life-a mütəxəssis Natalya Nasıpova məlumat verib.

Badımcan aşağı kalorili sağlam məhsul, lif mənbəyi, B1, B6 vitaminləri, mikroelementlər - manqan, kalium, silisium və s. hesab olunur. Badımcanda vitamin və minerallarla yanaşı, orqanizm üçün lazım olan digər antioksidant maddələr də var.

Bu tərəvəzdə çoxlu miqdarda antosiyanin var. Bundan əlavə, badımcanın tərkibində bədən hüceyrələrini məhv olmaqdan qoruyan, ürək-damar xəstəlikləri riskini azaldan, qan təzyiqini aşağı salan və bədəndən artıq dəmiri çıxaran faydalı antioksidan olan nasunin var.

Nurlan