Veysəloğlu Şirkətlər Qrupu olaraq növbəti dəfə “Gələcəyini Qur” layihəsinə qoşulduq. Belə ki, 2023-2024-cü tədris ilində iştirak edən və I ixtisas qrupu üzrə hazırlaşan 16 şagirdə sponsor olduq.  

“Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi 2014-cü ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və müxtəlif şirkətlərin korporativ sosial məsuliyyət siyasətləri çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik 11-ci sinif şagirdlərinin təhsilinə, beləliklə həyatda uğur əldə etmələrinə dəstək olmaqdır.

Layihəsi çərçivəsində fəaliyyətlər aşağıdakı istiqamətlərdə aparılır: ▪ Ali məktəblərə intensiv hazırlıq ▪ Psixoloji dəstək ▪ Gənclərin inkişafına yönəlmiş tədbirlər ▪ Mentor dəstəyi ▪ İxtisas seçimi.

Qürur hissi ilə xatırladırıq ki, bu günə qədər 76 gəncin ali təhsil almasına şans qazandırmışıq.