Qdaların düzgün saxlanılmasının həm sağlamlıq, həm də ailə büdcəsi üçün vacib olduğu bildirilir. Sadə qaydalara əməl etməklə məhsulların xarab olmasının qarşısını almaq və təzəliyini daha uzun müddət qorumaq mümkündür.

Foodinfo.az xəbər verir ki, soyuducunun temperaturunun düzgün olması əsas şərtlərdən biridir. Həkimlər və qida təhlükəsizliyi üzrə mütəxəssislər soyuducunun həddindən artıq doldurulmamasını tövsiyə edirlər. Çünki bu halda hava dövranı zəifləyir və məhsullar daha tez xarab olur.

Həmçinin meyvə və tərəvəzlərin ayrı saxlanmasının vacibliyi vurğulanır. Xüsusilə alma və banan kimi meyvələrin ifraz etdiyi maddələrin digər məhsulların yetişməsini sürətləndirə biləcəyi qeyd olunur.

Araşdırmalara görə, un, düyü və paxlalı məhsulların hava keçirməyən qablarda saxlanılması onların ömrünü uzadır. Bişmiş yeməklərin isə uzun müddət otaq temperaturunda saxlanılması təhlükəli hesab edilir.

Dondurucudan düzgün istifadə etmək də vacib sayılır. Ət və digər məhsulların yenidən dondurulmasının sağlamlıq üçün risk yarada biləcəyi vurğulanır.

Qida təhlükəsizliyi üzrə mütəxəssislər məhsulların son istifadə tarixinin mütəmadi yoxlanılmasını və qoxusu dəyişmiş qidaların istifadə edilməməsini tövsiyə edirlər.