Bəzi məhsullar maddələr mübadiləsini sürətləndirməklə daha tez arıqlamağa kömək edir.

Foodinfo.az belə qidalardan üçünü təqdim edir.

1. Yaşıl çay. Katexinlər və kofein sayəsində yağları yandırmağa və metabolik prosesləri aktivləşdirməyə kömək edir.

2.  Acı bibər. Tərkibindəki kapsaisin kalorilərin yanmasına səbəb olur və toxluq hissini artırır.

3.  Protein (zülal). Yumurta, toyuq və balıq kimi qidalar termogenez effekti sayəsində maddələr mübadiləsini sürətləndirir.

Məsləhət: Maksimum fayda əldə etmək üçün hər gün müntəzəm məşq etməyi, kifayət qədər yatmağı və bol su içməyi unutmayın.

Nurlan