Endokrinoloqlar xəbərdarlıq edərək bildiriblər ki, iki məşhur meyvənin yeyilməsi qan şəkərinin həddindən artıq yüksəlməsinə səbəb olur.

“Qafqazinfo” xəbər verir ki, həkimlərin sözlərinə görə, banan və portağal yemək qan şəkərinin səviyyəsini xüsusilə artırır.

“Meyvələr təbii olaraq kifayət qədər çox şəkər ehtiva edir. Qan şəkərində kəskin artımların qarşısını almaq üçün diabet xəstələrinə şirin meyvələri daha az şirin olanlarla (yaşıl alma, armud) və giləmeyvələrlə əvəz etmək tövsiyə edilir”, - deyə əlavə edilib.