
Albalı şirəsi təkcə ləzzətli içki deyil, həm də orqanizm üçün əsl vitamin xəzinəsidir. Tərkibindəki C, A, K və B qrupu vitaminləri sayəsində bu içki immun sistemi möhkəmləndirir, orqanizmin təbii müdafiə mexanizmini gücləndirir.
Foodinfoaz xəbər verir ki, C vitamini albalı şirəsinə güclü antioksidant xüsusiyyət qazandırır və dərinin sağlam görünməsinə şərait yaradır.
A vitamini isə göz sağlamlığını qoruyur və hüceyrə yenilənməsini sürətləndirir. K vitamini qan dövranını tənzimləyir, sümükləri möhkəmləndirir, B6 və fol turşusu (B9) isə sinir sistemi və maddələr mübadiləsi üçün mühüm əhəmiyyət daşıyır.
Tədqiqatlar göstərir ki, albalı şirəsindəki antiosidantlar və melatonin orqanizmi sərbəst radikallardan qoruyur, yuxu keyfiyyətini artırır və fiziki gərginlikdən sonra əzələlərin bərpasını sürətləndirir.
Mütəxəssislər bildirirlər ki, gündə bir stəkan təbii albalı şirəsi qəbul etmək bədəni gümrah saxlayır, immuniteti möhkəmləndirir və ümumi sağlamlığa müsbət təsir göstərir.