Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları tərəfindən daxil olan məlumat əsasında 17 iyul tarixində, gecə saat 02:00 radələrində Şəmkir rayonu Sabirkənd kəndində məskunlaşan Sadiqov Elşad Vəli oğlunun həyətyanı sahəsinə baxış keçirilib.
Baxış zamanı vətəndaş Elşad Sadiqovun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş çəkisi 210 kq olan bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyi müsadirə edilərək götürülüb və xüsusi soyuducu saxlanma kamerasına yerləşdirilib.
Həmçinin, heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Son xəbərlər
- Alimlər beyin sağlamlığını qorumaq üçün pəhriz hazırlayıblar
- Həddindən artıq yeməyi necə dayandırmaq olar?
- Tərəvəz, kəsmik və xardal: dietoloq məşhur qəlyanaltının faydalarını açıqladı
- Hansı qidalar eşitmə qabiliyyətinizi qorumağa kömək edir?
- Məşqdən sonra nə yemək lazımdır?
- Elm adamları qozun daha bir faydalı xüsusiyyətini kəşf ediblər