Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən birgə keçirilən monitorinq zamanı Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən heyvan kəsimi müəssisəsində 851 kq baytarlıq-sanitariya qaydalarına uyğun olmayan şəkildə saxlanılan, istifadəyə yararsız ət aşkar olunub.
Müəssisənin heyvan kəsimi və soyuducu sahəsinə baxış zamanı 851 kq heyvan cəmdəyində şübhə doğuran əlamətlər müəyyən edilib. Müəssisədə heyvan kəsimi dayandırılıb və ət satışına məhdudiyyət qoyulub.
Heyvan cəmdəyindən nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
Son xəbərlər
- Alimlər beyin sağlamlığını qorumaq üçün pəhriz hazırlayıblar
- Həddindən artıq yeməyi necə dayandırmaq olar?
- Tərəvəz, kəsmik və xardal: dietoloq məşhur qəlyanaltının faydalarını açıqladı
- Hansı qidalar eşitmə qabiliyyətinizi qorumağa kömək edir?
- Məşqdən sonra nə yemək lazımdır?
- Elm adamları qozun daha bir faydalı xüsusiyyətini kəşf ediblər