Bəzən saxta reytinq üçün istehlak olunan bütün qida məhsullarının guya GMO-lu olduğunu bildirən "ekspert"lər nəzərə almalıdırlar ki, hazırda dünyada istehsal edilən genetik modifikasiya olunmuş bitki növləri sayı cəmi 30-dur. Genetik modifikasiyası dünya üzrə həyata keçirilməmiş məhsul necə mövcud ola bilər axı ? Yeri gəlmişkən, Ümumdünya Səhiyyə təşkilatı (WHO) geni modifikiasiya edilmiş bitkilərinin istehlakının insan üçün təhlükəsiz olması ilə bağlı bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə heç bir sağlamlığa yönəlmiş təsiri aşkar olunmamışdır. Avropa komisiyyasının verdiyi məlumata əsasən, 25 il ərzində 500 müstəqil tədqiqat müəssisəsində həyata keçirilmiş 150 tədqiqat proyekti zamanı GMO – nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmamışdır. Hal-hazırda da dünyanın bir çox ölkəsində GMO istehsalı ilə məşğul olan şirkətlər mövcuddur Geni modifikasiya olunmuş bitki növlərinin SİYAHISI: 1 Pomidor (Lycopersicon esculentum) Kanada, Çin, Meksika, ABŞ 2 Yemiş (Cucumis melo) ABŞ 3 Alma (Malus x Domestica) Kanada, ABŞ 4 Kartof (Solanum tuberosum L) Rusiya 5 Əkin yoncası (Medicago sativa) Argentina, Avstraliya, Kanada, Yaponiya, Meksika, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, ABŞ 6 Lobya (Phaseolus vulgaris) Brazilya 7 Pambıq (Gossypium hirsutum L.) Argentina, Avstraliya, Brazilya, Qərbi Afrika, Kanada, Çin, Kolumbiya, Efiopiya, AB, Hindistan,Yaponiya, Malaziya, Myanmar, Yeni Zelandiya, Paraqvay, Filippin, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, Tayvan, ABŞ, Svaziland 8 Badımcan (Solanum melongena) Bangladeş 9 Kətan (Linum usitatissimum L.) Kanda, Kolumbiya, ABŞ 10 Qarğıdalı (Zea mays L.) Argentina, Avstraliya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Kuba, Misir, AB, Honduras, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Panama, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam, Zambiya 11 Gavalı (Prunus domestica) ABŞ 12 Raps (Brassica rapa) Kanada 13 Düyü (Oryza sativa L.) Avstraliya, Kanada, Çin, Kolumbiya, Honduras, Yaponiya, İran, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Cənubi Afrika, ABŞ 14 Qızıl gül (Rosa hybrida) Avstraliya, Kolumbiya, Yaponiya, ABŞ 15 Saflor (Carthamus tinctorius L.) Avstraliya 16 Soya (Glycine max L.) Argentina, Avstraliya, Boleviya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, AB, Hindistan, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Cənubi Aftrika, Cənubi Koreya, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam 17 Balqabaq (Cucurbita pepo) Kanada, ABŞ 18 Şəkər çuğunduru (Beta vulgaris) Avstraliya, Kanada, Çin, Kolumbiya, AB,Yaponiya, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Sinqapur, Cənubi Koreya, Tayvan, ABŞ 19 Şəkər qamışı (Saccharum sp) Brazilya, Kanada, İndoneziya, ABŞ 20 Şirin bibər (Capsicum annuum) Çin 21 Tütün (Nicotiana tabacum L.) AB, ABŞ 22 Yumşaq buğda (Triticum aestivum) Avstraliya, Kolumbiya, Yeni Zelandiya, ABŞ 23 Kanola (Brassica napus) Avstraliya, Kanada, Çili, Çin,AB, Malaziya, Meksika, Yeni Zelandiya, Filippin, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Taivan, ABŞ 24 Qərənfili (Dianthus caryophyllus) Avstraliya, Kolumbiya, AB, Yaponiya, Malaziya, Norveç 25 Adi kasnı (Cichorium intybus) ABŞ 26 Sürünən tarlaotu (Agrostis stolonifera) ABŞ 27 Evkalipt (Eucalyptus sp.) Brazilya 28 Papaya (Carica papaya) Kanada, Çin, Yaponiya, ABŞ 29 Petunya (Petunia hybrida) Çin 30 Qovaq (Populus sp.) Çin