İsmayıllı rayonunda kartof yığımına başlanılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Foodinfo.az-a bildirilib ki, kartof yığımı ilkin olaraq cənub ərazilərdə, o cümlədən Gəraybəyli, Qubaxəlilli, Kəlbənd və Kürdmaşı yaşayış məntəqələrinin ərazilərində aparılır.
Qeyd edək ki, kartofçuluq bölgədə ənənəvi təsərrüfat sahəsidir. Yerli bazarlarda ilboyu böyük tələbat olan və ailə büdcəsinə yaxşı gəlir gətirən bu məhsulun əkininə böyük maraq var. Cari mövsümdə əkin sahələri 920 hektara çatdırılıb. Ötən il 1350 ton kartof istehsal olunan bölgədə bu il 15000 ton məhsul tədarükü gözlənilir.
Son xəbərlər
- Qəhvə hər kəs üçün uyğun deyil
- “Su pəhrizi” ilə çəki vermək nə qədər sağlamdır?
- Yayda qidalanmada bu səhvləri etməyin
- Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib
- Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
- Hansı qidalarda lektinlər var?






