"Bu yaxınlarda özünü ekspert kimi qələmə verən şəxs müsahibəsində bildirib ki, Azərbaycan idxal olunan məhsulların 99 faizi GMO məhsullardır. Bütün bunlar yalandır və onlar qaragüruhçuluqla məşğul olan şəxslərdir". Foodinfo.az xəbər verir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli qurumun səlahiyyətlərinin icrasına başlamasının bir ilinə həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bütün dünya üzrə 30 adda bitki genetik modifikasiya olub, onun 504 növü məlumdur, bu, bütün dünyanın aparıcı ölkələrin reyestrində var: "Həmin məhsulların içərisində dəfələrlə adları çəkilən bir çox meyvə və tərəvəz yoxdur. Məsələn, çiyələk, xiyar, armud, qarpız, gilas və digər bitkilərin genetik modifikasiyası mövcud deyil. Bu adamlar seleksiya olunmuş məhsullarla GMO məhsulları qarışdırırlar və yersiz informasiya ilə əhalidə yanlış informasiya formalaşdırırlar". AQTA sədri qeyd edib ki, dünyada ən çox genetik modifikasiya olunan məhsul qarğıdalıdır: "Onun 238 növü genetik modifikasiya olunub". Q. Təhməzli bildirib ki, Azərbaycan ərazisinə idxal olunan bütün məhsullar müvafiq ekspertizalara cəlb olunub. İnsan sağlamlığı üçün zərərli məhsulun ölkəyə idxalına icazə verilmir.