Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən hazırlanan "Türk Qida Kodeksi Bal Təbliğatında Dəyişikliklər edilməsinə dair Təbliğ" qanun qüvvəyə minib.

Foodinfo.az xəbər verir ki, yeni sənəd balın tərkibindəki kənar maddələrin müəyyən edilməsində analiz üsullarından istifadəni təmin etməklə istehlakçı maraqlarını qoruyacaq. Bu məqsədlə rəsmi nəzarətdə kütləvi spektrometriya (MS) və nüvə maqnit rezonans spektrometriyası (NMR) kimi yüksək texnologiyalı üsullardan istifadə ediləcək.

Leyla