"Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramına hazırlıq işləri görür. Bayramla əlaqədar Bakıda və regionlarda Qurban çadırları qurulacaq". Foodinfo.az xəbər verir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli qurumun səlahiyyətlərinin icrasına başlamasının bir ilinə həsr olunmuş mətbuat konfransında bildirib. Q.Təhməzli bildirib ki, bu çadırlar heç olmasa minimum standartları özündə cəmləşdirən heyvan kəsimi çadırları olmalıdır: "Hər kəs şahiddir ki, Qurban bayramında həyata keçirilən ritual sözün əsl mənasında biabırçılıqdır. Bu, istənilən xəstəliyin yayılmasına səbəb ola bilər".