
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Bakı Regional Sınaq Laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib. Laboratoriya İngiltərənin nüfuzlu “Fapas” şirkəti tərəfindən keçirilən sınaqlarda meyvə şirəsi nümunəsində Brix ədədi, sorbin turşusu və benzoy turşusu parametrlərinin təyini üzrə aparılan sınaqlarda yüksək göstəricilərə nail olub.
Bu barədə Foodinfo.az-a AQTİ-dən məlumat verilib.
Qeyd edək ki, Bakı Regional Sınaq Laboratoriyasında qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olaraq bioloji, kimyəvi və molekulyar müayinələr həyata keçirilir.
Laboratoriya AZS ISO/IEC 17025:2020 — “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” beynəlxalq standartına uyğun olaraq Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditə olunub.