Hazırda Azərbaycanda qida təhlükəsizliyi sahəsində analizlərin keçirilməsi üçün 21 laboratoriya fəaliyyət göstərir. Foodinfo.az Trend-ə istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda keçirilən beşinci Aİ-Azərbaycan biznes forumunda deyib. Onun sözlərinə görə, bu laboratoriyalardan altısı Abşeronda, 15-i regionlarda yaradılıb. Assosiasiya sədri qeyd edib ki, agentlik iki ölkə ilə əməkdaşlıq sazişi imzalayıb, daha 11 ölkə ilə bununla bağlı danışıqlar aparılır. Q.Təhməzli, həmçinin, 2019-2025-ci illər üçün Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması üzrə dövlət proqramının vacibliyini vurğulayıb.