İştah azaltmağa köklənən arıqladıcı dərmanlar ciddi yan təsirlərinə görə sağlamlıq üçün təhlükəlidir. 

Foodinfo.az xəbər verir ki, bu barədə immunoloq və beynəlxalq səhiyyə və dərmanlar üzrə ekspert Nikolay Kryuçkov xəbərdarlıq edib.

Onun sözlərinə görə, arıqlamaq üçün bütün həyat tərzini korreksiya etmək lazımdır, buna görə də tək dərmanlar Yeni il öncəsi təcili olaraq bir neçə kiloqram atmaq üçün yaxşı üsul deyil.

"Bu dərmanlar yan təsirsiz deyil. Onlar ürəkbulanma, qusma, ishal yaradır. Əsas problem isə odur ki, insan dərmanı qəbul etməyi dayandırdıqda artıq çəki kifayət qədər tez geri qayıdır", - deyə Kryuçkov izah edib.