Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 18-i saat 10:00-da Saatlı Rayon Gənclər Mərkəzində Saatlı, Sabirabad, İmişli, Beyləqan, Xocavənd rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq dekabrın 17-dək qəbula yazıla bilərlər.
Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.






