Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir. “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüşlər Xırdalan şəhər 2 saylı tam orta məktəblə Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbdə baş tutub.
Görüşlərdə şagirdlərə əvvəlcə layihə və Agentliyin fəaliyyət istiqaməti barədə məlumat verilib, qida təhlükəsizliyi ilə bağlı hazırlanan sosial videoçarxlar təqdim edilib. Sonra məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, düzgün və sağlam qidalanma, enerji içkilərinin insan orqanizminə ziyanları barədə məlumat verilib.
Agentliyin əməkdaşları şagirdlərə qida təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının artırılması, bu sahədə ilkin vərdişlərin formalaşdırılması istiqamətində metodiki tövsiyələr veriblər. Qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, “Fast food”un zərərləri, süd və süd məhsullarının faydalarına diqqət çəkilib. Həmçinin bir istehlakçı kimi qida təhlükəsizliyi ilə bağlı qarşılaşdıqları hər hansı problem olduqda və ya sağlam qidalanma ilə bağlı onları maraqlandıran suallar yarandıqda Agentliyin “1003” Çağrı Mərkəzinə müraciət etmələri bildirilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliği, eləcə də şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin bütün bölgələrdə keçirilməsi nəzərdə tutulub.
Son xəbərlər
- Bədən üçün ən pis şirniyyat növü hansılardır?
- Heyvan mənşəli məhsullarda preparat qalıqlarının yaranmasının qarşısını necə almaq olar?
- Sağlam olmaq üçün yemək texnikası
- Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ
- Pivədən 10 nəfər öldü
- Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək...