Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) İsmayıllıdakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. AQTA-dan verilən məlumata görə, İsmayıllıda 7 nəfərin qida zəhərlənməsi ehtimalı ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında Agentliyin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.