Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən regionlarda fermerlərin maaarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti maarifləndirici görüş Xaçmaz rayonunda çəyirdəkli və tumlu meyvələrin istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirilib. Görüş zamanı sahibkarlara çəyirdəkli və tumlu meyvələrin zərərvericiləri və xəstəlikləri, onlarla mübarizə yolları barədə ətraflı məlumat verilib. Həmçinin fermerlərə aqrokimyəvi maddələrdən istifadə edərkən zəruri təhlükəsizlik qaydaları izah olunub. Sonda sahibkarları maraqlandıram sualları cavablandırıb, meyvə bağlarına baxış keçirilib.