Nar şirəsi antioksidantlarla zəngin olduğu üçün ürək sağlamlığına müsbət təsir göstərə bilər. Araşdırmalar bu içkinin damarların qorunmasına kömək etdiyini göstərir. Foodinfo.az “Nutrition Journal” nəşrinə istinadla xəbər verir ki, kardioloq Andrew Freeman narın tərkibində güclü antioksidant maddələrin olduğunu bildirib.
Onun sözlərinə görə, bu maddələr damar divarlarını sərbəst radikalların təsirindən qoruyur. Ekspert qeyd edib ki, şəkərsiz nar şirəsinin ölçülü istifadəsi qan dövranını dəstəkləyə bilər.
Mütəxəssis əlavə edib ki, hazır məhsul alarkən tərkibində əlavə şəkərin olub-olmamasına diqqət etmək lazımdır.






