"WhatsApp" messenceri artıq köhnə smartfonlarda işləməyəcək.

Foodinfo.az-ın məlumatına görə, 24 oktyabr 2023-cü il tarixindən etibarən "OC Android" ilə işləyən qadcetlərdə proqram yalnız 5.0 və daha yuxarı versiyalarda dəstəklənəcək.

Yenilik, 4.1, 4.2, 4.3 və 4.4 daxil olmaqla, bir neçə Android nəslinə təsir edəcək. Yeri gəlmişkən, söhbət "Samsung Galaxy Note 2", "Samsung Galaxy S2", "HTC One" və digər cihazların milyonlarla sahiblərindən gedir. Lakin dəqiq məlum deyil ki, bu cihazlarda yenilənən messencer fəaliyyətini tamamilə dayandıracaq, yoxsa sadəcə yeniliklərdən məhrum olacaq.

"iPhone" sahibləri daha şanslıdırlar: onlar üçün şərtlər eyni qalır - "iOS 12" və daha yeni versiya ilə işləyən qadcetlərdə messencerin bütün funksiyaları aktiv olacaq.

Fərid