Cəmiyyətdə yağlı qidaların birbaşa kökəlməyə səbəb olması barədə yanlış təsəvvür geniş yayılıb. Lakin elmi araşdırmalar göstərir ki, çəki artımına səbəb yağın özü deyil, ümumi enerji balansının pozulmasıdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Foodinfo.az-a verilən məlumata görə, yağlar orqanizmin enerji təminatı, hormonal tarazlığın qorunması, hüceyrə quruluşu və yağda həll olan vitaminlərin mənimsənilməsi üçün vacibdir. Yağ qəbulunun əsassız şəkildə məhdudlaşdırılması halsızlıq, diqqət azalması və hormonal disbalansa səbəb ola bilər.
Mütəxəssislər vurğulayırlar ki, sağlam qidalanmanın əsas şərti yağdan tam imtina etmək deyil, yağın növü və miqdarını balanslaşdırmaqdır. Zeytun yağı, qoz-fındıq, toxumlar və yağlı balıqlar kimi doymamış yağ mənbələri uzunmüddətli toxluq hissi yaradaraq qida qəbulunun tənzimlənməsinə kömək edir.
Daha ətraflı məlumatı linkdən əldə etmək olar.






