100 yaşlı ABŞ sakini ona uzun və xoşbəxt həyat yaşamağa imkan verən 6 əsas şeyin adını çəkib.

Cek dayı kimi tanınan Jack Van Nordheim Kaliforniyada anadan olub. İkinci Dünya Müharibəsində xidmət edib. Bir müddət əvvəl o, qardaşı oğlu ilə TikTok-da hesab açıb, orada həyatından danışır və abunəçilərə məsləhətlər verir. Qısa müddət ərzində onun səhifəsi minlərlə auditoriya qazanıb və hazırda onu 1,7 milyon insan daim izləyir.

100 yaşlı TikToker uzunömürlülüyünün əsas səbəbi hesab etdiyi altı şeyin adını çəkib. Amerikalı hər gün qara şokolad və bal yeyir. Şirniyyatlar ümumiyyətlə zərərli hesab edilsə də, orta ölçülü tünd şokolad ürək-damar sağlamlığını yaxşılaşdırmağa kömək edir.

Bundan əlavə, o, smartfonlara daha az vaxt sərf etməyi və təmiz havada daha çox vaxt keçirməyi tövsiyə edib.

Fərid