
Dünya nəhəngləri qida qiymətlərini artırmağa davam edir
Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yüksək inflyasiya da həmçinin qiymət artımının birbaşa səbəbləri sırasında göstərilir. Məsələn, isveçrənin “Nestle” şirkəti yüksək inflyasiya səbəbilə istehsal etdiyi məhsulların qiymətini orta hesabla 8,2 faiz artırıb. Lakin şirkətdən qeyd olunub ki, bu artım xammalın yüksələn xərclərini belə ödəməyib.