Qida qəbulundan sonra yuxulu olmaq normal haldır. Ancaq bu hal mütəmadi olaraq davam edərsə, o zaman narahat olmağa əsas var deməkdir. 
Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir ki, əslində insan qida qəbulundan sonra özünü gümrah hiss etməlidir, çünki qida orqanizmin qida mənbəyi hesab olunur. 


Buna görə də müvafiq simptomlar sağlamlığımızla bağlı problemlərin olmasından xəbər verir. Həkimlərin sözlərinə görə, bu cür problemlərə səbəb hormonlar balansının pozulması ola bilər.


Problemlərin qarşısını almaq üçün dietoloqlar menyuya sağlam yağlar, zülallar və kompleks karbohidratlar daxil etməyi məsləhət görürlər. Həkimlər həmçinin qeyd ediblər ki, yorğunluq əlamətləri nahar menyusunda olan qidalara qarşı dözümsüzlük olan hallarda da yarana bilər. Bu, diareya və ya spazmlarla müşayiət olunur.

Nurlan