
Qastroenteroloq, tibb elmləri namizədi Marat Zinnatullin bildirib ki, səhər yeməyi normal həzmin ayrılmaz hissəsidir. Foodinfo.az bildirir ki, səhər yeməyi mədənin və öd kisəsinin fəaliyyətini stimullaşdıraraq həzm sisteminin düzgün işləməsinə töhfə verir.
Ekspertin sözlərinə görə, insan qida qəbul etdikdə mədə aktivləşir, ardınca isə öd kisəsi yığılaraq öd ifraz olunur. Bu proses öd durğunluğunun qarşısını alır və müxtəlif həzm problemlərini önləyir.
Zinnatullin qeyd edib ki, səhər yeməyindən mütəmadi şəkildə imtina etmək və ya onu tez-tez atlamaq "lil sindromu" adlanan vəziyyətə gətirib çıxara bilər. Bu da öd konsentrasiyasının artmasına və nəticədə öd daşı riskinin yüksəlməsinə səbəb ola bilər.
Həkim səhər yeməyini sağlam qidalanmanın əsas mərhələsi kimi qiymətləndirərək, hər gün balanslı bir menyu ilə günə başlamağı tövsiyə edir.