
Gemotest laboratoriyasının həkimi Yekaterina Demyanovskaya yüksək təzyiqin idarə edilməsində düzgün qidalanmanın əsas rola malik olduğunu bildirib. Foodinfo.az xəbər verir ki, ekspert hipertansiyonun erkən mərhələlərində dərmanlardan çox fiziki aktivlik və pəhriz dəyişikliklərinin əhəmiyyətli olduğunu vurğulayır.
Demyanovskaya qeyd edib ki, yüksək təzyiq xəstələri gündəlik duz qəbulunu 5 qramla məhdudlaşdırmalıdır. Bu səbəbdən kolbasa, turşu, fast food və yarımfabrikat kimi duzla zəngin məhsullardan imtina etmək lazımdır. Həkim həmçinin yemək qablarına əlavə duz qoymamağı tövsiyə edir.
Belə tədbirlər təzyiqin tənzimlənməsində kömək edir və hipertoniya riskini azaldır. Duz istehlakını azaltmaq, ürək-damar xəstəliklərinin qarşısını almaq üçün vacibdir. Ekspert qeyd edir ki, balanslı qidalanma və aktiv həyat tərzi təzyiqi stabilləşdirməyə imkan verir.