Güclü immun sisteminin əsas sirri düzgün və balanslı qidalanmadadır. Foodinfo.az bildirir ki, bəzi yerli məhsullar orqanizmi xəstəliklərdən qorumaqda çox təsirlidir. Nar C vitamini və antioksidantlarla zəngin olub immuniteti gücləndirir.

Bal antibakterial və antiviral təsiri ilə immun sistemini möhkəmləndirir. İtburnu çayı yüksək C vitamini tərkibi ilə bədəni soyuqdəymədən qoruyur. Qarağat və böyürtkən immun sistemi üçün güclü antioksidant qaynağıdır.

Çuğundur qandakı zərərli maddələri təmizləyərək bədəni gücləndirir. Zəncəfil orqanizmi ilıq saxlayıb, infeksiyalardan qoruyur. Sarımsaq isə tərkibindəki allisin maddəsi ilə viruslara qarşı güclü təsirə malikdir.

Qoz və badam E vitamini ilə bədəni zərərli təsirlərdən müdafiə edir. Süd və süd məhsulları isə immun sisteminin güclənməsinə müsbət təsir göstərir. Bu yerli məhsullarla bədəni xəstəliklərdən qorumaq mümkündür.